"AzPost Media" kanalına xoş gəlmisiniz.Ölkə və dünya gündəmində baş vermiş ən son hadisələrdən xəbərdar olmaq üçün kanalımıza abunə olmağı unutmayın. ---------------------------------------------------------------------------------------------------------------------------------------- Kanalda Yerləşdirilən xəbələr rəsmi mənbələrə istinadla yayımlanır.Yüklənmiş Video və audioların © Müəllif Hüquqları qorunur! ___-________________________-________________________________________________________ 1993-cü ilin əvvəlində isə Vanqa proqnoz verdi ki, SSRİ XXI əsrin ilk 25 ilində bərpa olunacaq. Ölümündən qısa müddət öncə isə bunları dedi: "Möcüzələr zamanı yetişəcək. Böyük arxeoloji kəşflərin şahidi olacağıq ki, bu da bizim dünya haqqında təsəvvürlərimizi darmadağın edəcək. Yer altındakı bütün gizli qızıllar üzə çıxacaq, əvəzində isə su olmayacaq. Tarazlıq bu cür yaranacaq". O ki qaldı bizim nəvələrimizə, Vanqa deyib ki, 200 il sonra insanlar digər dünyalardakı canlılarla müqavilə, anlaşma imzalaya biləcəklər. Hətta o, yadplanetlilərin artıq bizim dünyada yaşadığını da dəfələrlə bəyan etmişdi. Vanqanın proqnozlarında 2018-ci illə bağlı maraqlı məqamlar var. Öncəgörən deyib ki, həmin tarixdə neft tükənəcək, Yer də nəhayət ki, dincələcək. Bundan başqa, o, kosmosda həyat tapılacağını, bununla da Yerdə yaşamın necə yarandığının üzə çıxacağını proqnoz verib. Onun proqnozlarına görə, Üçüncü Dünya müharibəsi 2010-cu ildə başlamalı və 2014-cü ilin noyabrında yekunlaşmalıydı. Həmin müharibədə nüvə və kimyəvi silahlardan istifadə olunacağı bildirilirdi. Vanqanın proqnozuna görə, 2014-cü ildə məhz bu istifadə olunan silahlar nəticəsində insanların çoxu dəri xərçənginə tutulacaq və ya dəri ilə bağlı xəstəliklərə düçar olacaq. 2016-cı ildə isə Avropa təxminən boşalacaq. Əhalinin sayı azalacaq. 2018-ci ildə Çin yeni dünya gücü olacaq. 2023-cü ildə Yerin hərəkəti dəyişəcək. 2025-ci ildə Avropaya əhali axını güclənəcək. 2028-ci ildə yeni enerji mənbələri kəşf olunacaq. Elə həmin ildən etibarən aclıq problem kimi sıradan çıxacaq. Marsa səfərlər gerçəkləşəcək. 2033-cü ildə qütb buzları əriyəcək. Bu zaman okean səviyyəsi yüksələcək. 2043-cü ildə müsəlman bir dövlət Avropanın tək hökmdarı olacaq. 2046-cı ildə insanlara süni orqanlar düzəldiləcək. Ayrı-ayrı orqanların dəyişdirilməsi, gözlə müalicə üsulu yaranacaq. 2066-cı ildə müsəlmanların əlində olan Romaya hücum zamanı ABŞ iqlim dəyişikliyinə səbəb olacaq yeni silahlarını istifadəyə verəcək. 2076-cı ildə sinif fərqi aradan götürüləcək. Bu zaman bütün dünyaya kommunizm hakim olacaq. 2088-ci ildə isə insanlıq yeni bəlaya düçar olacaq - insanlar saniyələr içində yaşlanacaq. 2091-ci ildən sonra bu xəstəliyin dərmanı tapılacaq. 2125-ci ildə Macarıstanda kosmosdan siqnal alınacaq. İnsanlar məhz bu zaman yenidən Vanqanı xatırlayacaqlar. Bu arada Vanqa barədə tənqidlərdən də yan ötmək olmaz. Məsələn, əksər tənqidçilər hesab edirlər ki, Vanqa öz köməkçiləri ilə çox yaxşı işləyib. Köməkçilər onun yanına gələn adamlardan barələrindəki bütün informasiyaları alıb və bunu Vanqaya ötürüblər. Bu, daha çox şarlatanlıq kimi qələmə verilib. Rusiyalı məşhur illüziya ustası Yuri Qornıy isə deyib ki, Vanqa bolqar xüsusi xidmət orqanlarının sadiq əsgəri olub, sadəcə. Onun üçün informasiyaları isə taksi sürücüləri, çekistlər, otellərdəki xidmətçilər yığıblar. Sonuncular Vanqaya görə ölkəyə axın edən turistləri araşdırmaq məqsədi güdüblər. O ki qaldı onun dediklərinin həyata keçməsinə, çox adam həyata keçənləri xatırlayır. Halbuki dediklərinin bir çoxu heç doğrulmayıb da. Məsələn, o, dəfələrlə müharibə proqnozu versə də, müharibə baş verməyib. Vanqanın doğrulmayan proqnozlarından biri də guya 2010-cu ildə III Dünya müharibəsinin başlayıb 2014-cü ildə yekunlaşacağı idi

Vanqanın Varlanmaqla Bağlı Ritullarıvanqa 2021 proqnozuvanqant zvvanqanınvanqa nə deyibvanqanın son proqnozlarıvanqanın varlanamq ritullarıVanqa varlanamqnecə varlangilzi qeydlərvanqanın gizli qeydləri2021 cil il bağlı vanqavanqa 2021 ci il azərbaycanvanqa 2021 ci ilvanqa kimdirkor vanqaVanqanın gələcəklə bağlı proqnozuvanqa azerbaycan haqqinda 2020Vanqa koronovirusVanqa dünyanın sonuvanqa müharibələrvanqa 2022